Yeznəsinə hədə-qorxu gələn şəxs tutuldu - Ucarda


16:47     20 Noyabr 2017 1369306655_polis20bolmesi20loqo20170112.jpg

Ucar rayonunda qohumuna hədə-qorxu gələn şəxs saxlanılıb.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.
Məlumata görə, DİN-in “102 Zəng Mərkəzi”ndən Ucar Rayon Polis Şöbəsinə rayon sakini Fariz Əhmədovun yeznəsi Rövşən Kərimov tərəfindən bıçaqla hədələnməsi barədə məlumat daxil olub.
Ucar RPŞ-nin əməliyyat qrupu dərhal hadisə yerinə gəlib. Rövşən Kərimov bıçaqla əməkdaşlara müqavimət göstərərək qaçmağa cəhd göstərib. Lakin zərərsizləşdirilərək şöbəyə gətirilib. Araşdırmalarla R.Kərimovun narkotik aludəçisi olduğu da müəyyən olunub. Əvvəllər məhkum olmuş bu şəxsin avtomobilinə baxış zamanı oradan 8 bükümdə narkotik vasitə-heroin və beşbarmaq aşkar edilərək götürülüb.
Faktla bağlı Ucar RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1056


Oxşar xəbərlər