`Bəzi işbazlar uşaq əməyindən istifadə edirlər` - Oruc Zalov
16:57 20 Noyabr 2017
“Bir çox ölkədən fərqli olaraq, Azərbaycanın hüquq-mühafizə orqanlarında azyaşlılar üzrə inspeksiya sistemi fəaliyyət göstərir. Bu qurumun məqsədi azyaşlıların neqativ təsirlər altına düşməsinin qarşısını almaq, uşaqların təhsil, idman, istirahət hüquqlarının müdafiəsini təmin etməkdir”.
Femida.az xəbər verir ki, bunu daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov deyib. Nazir müavininin sözlərinə görə, ailədaxili münaqişələrdən əziyyət çəkən, özünü tam ifadə edə bilməyən uşaqlar böyük şəhərlərə miqrasiya edirlər: “Onlar elə hesab edirlər ki, özlərini dolandıra biləcəklər. Nəticədə isə ayrı – ayrı işbazlar uşaqların əməyindən istifadə edirlər. Bu kimi hallara qarşı tərəfimizdən aidiyyəti orqanlarla birlikdə profilaktik tədbirlər görülür”.
O. Zalov qeyd edib ki, uşaqların hüquqlarının qorunması istiqamətində dövlət tərəfindən lazımi tapşırıqlar verilib.
Femida.az
Oxunub: 809
Oxşar xəbərlər
- `Bəzi aksiz vergiləri artırıla bilər` – Aydın Əliyev
- `Bəzi saytlar vətəndaşları aldatmaqla məşğuldur` - Ehsan Zahidov
- `Bəzi çimərliklər standartlara cavab vermir` - Əbülfəs Qarayev
- `Bəzi diaspora təşkilatlarımızın `Metsamor`dan xəbəri yoxdur` - MÜSAHİBƏ
- `Bəzi qüvvələr Azərbaycanı qarışdırmaq istəyir` - Şeyx
- `Bəzi məktəblərdə dərs saatları azalıb` - Mikayıl Cabbarov
- `Bəzi yubanmalar, daxili maneələr ola bilər` - İlham Əliyev
- `Bəzi banklar birləşməlidir` - Elman Rüstəmov