Akif Çovdarov apellyasiya şikayəti verib
18:17 20 Noyabr 2017
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Bu barədə Femida.az -a A. Çovdarovun vəkili Kamandar Nəsibov məlumat verib. O qeyd edib ki, əmlakı dövlətin xeyrinə müsadirə olunan zərərçəkmişlər də apellyasiya şikayəti verib.
Şikayətdə təqsirləndirilən şəxslərə bəraət verilməsi istənilir.
İşə yaxın vaxtlarda Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov və digərlərinə hökm elan olunub.
Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov 11, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev 5, MTN-in şöbə rəisi olmuş Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub.
Məhkəmə Akif Çovdarovun general rütbəsinin alınması ilə bağlı ölkə prezidentinə təqdimat göndərilməsi barədə xüsusi qərar da çıxarıb.
Oxunub: 893
Oxşar xəbərlər
- Akif Çovdarov: `Mən Eldar Mahmudovun üzünə durmamışam”
- Akif Çovdarova hökm oxunacaq - Vaxt açıqlandı
- Akif Çovdarova bəraət istəndi
- Akif Çovdarovun vəkili məhkəmədə çıxış edir
- Akif Çovdarovun vəkili məhkəmədən 1 ay vaxt istədi
- Akif Çovdarovun məhkəməsi gedir
- Akif Çovdarov məhkəmədə lətifə danışdı
- Akif Çovdarovun məhkəməsi olub
- Akif Çovdarovun əməlindən zərər çəkən şəxs öldü
- Akif Çovdarov hazırda bu vəziyyətdədir – Ən yeni görüntüsü yayıldı