Azərbaycanda oyuncaq silahlar: Qanun nə deyir?


18:57     20 Noyabr 2017 toy-guns-f174ab007df3898539ca70c13ca7c758.JPG

Uşaqların psixo-fizioloji inkişafında oyuncaqların rolu əvəzolunmazdır. Məşhur italyan pedaqoqun da dediyi kimi, uşaqlar oyuncağa böyük dəyər verirlər, oynayarkən ünsiyyət tələbatları, sosial bacarıqları formalaşır.


Lakin elə hallar da olur ki, valideynlər özləri də bilmədən aldıqları oyuncaqlarla övladlarının gələcəyini təhlükə altına atmış olurlar. Söhbət silah formalı oyuncaqlardan gedir. Ekspertlərin fikrincə, bu oyuncaqlar uşaqların aqressiv ruhda böyüməsinə şərait yaradan ən önəmli vasitələrdəndir.

Azərbaycanda da istənilən oyuncaq mağazasından müxtəlif növ döyüş silahlarını, o cümlədən tank, raket, top, tapança, avtomat, qılıncı əks etdirən oyuncaqlarla rastlaşmaq mümkündür.

Araşdırmalarımızın nəticəsi kimi qeyd edirik ki, dünyanın ayrı-ayrı ölkələrində bu növ oyuncaqların satışı ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunmaqdadır.
Bəs, görəsən, bu sahədə Azərbaycanda vəziyyət necədir?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Femida.az-a açıqlamasında bildirdi ki, Azərbaycan qanunvericiliyində uşaq oyuncaqlarının satışı normaları ilə bağlı heç nə yoxdur:

“Yalnız Nazirlər Kabinetinin 343 saylı qərarında qeyd olunur ki, oyuncaqlar məcburi sertifikatlaşdırılan mallar siyahısındadır. Yəni hər bir oyuncaq əmtəə bazarına daxil olmazdan əvvəl mütləq sertifikatlaşdırılmalıdır. Çox təəssüf ki, Azərbaycanda satışda olan oyuncaqların 80%-i sertifikatlaşdırılmayıb. Təkcə görünüşünə yox, həm də rənginə, qoxusuna və digər keyfiyyətlərinə görə uşaq oyuncaqlarının sertifikatlaşdırılması olduqca zəruridir”.

O bildirdi ki, oyuncaqlar, multfilmlər, ayrı-ayrı internet oyunları dünyada biznes layihələrinə çevrilib:

“Bu isə son nəticədə şirkətlərə maddi baxımdan gəlir gətirsə də, uşaqların gələcəyinə mənfi təsir göstərir. İstərdim ki, bəzi oyuncaq növlərinə qadağalar qoyulsun. Milli oyuncaqlar istehsal olunaraq satışa çıxarılsın. Bəzi ölkələrin milli adətlərini əks etdirən oyuncaqların bizim uşaqlarımıza verilməsi, məncə, bəzi hallarda bizə zərər vurur”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 5041