Sumqayıtda polis veteranları 271 cinayətin üstünü açıb


19:22     20 Noyabr 2017 sumqayit%20polis.jpg

Ötən on ay ərzində Sumqayıt Şəhər Polis İdarəsinin veteranlar şurasının üzvləri 271 cinayətin açılmasında yaxından iştirak ediblər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, polis veteranları müxtəlif təhsil ocaqlarında 53 görüş keçiriblər. Bu görüşlərdə gənclərin vətənpərvər ruhda böyümələrinin əhəmiyyətindən danışılıb, onlara zərərli vərdişlər, narkomaniyanın gətirdiyi bəlalar, dini radikalizmin səbəb olduğu faciələr barədə məlumat verilib.

Yetkinlik yaşına çatmayanlar arasında hüquqazidd əməllərin profilaktikasında və əhali arasında hüquqi maarifləndirmə üzrə tədbirlərdə mövzulara dair çıxışlar ediblər, söhbətlər aparıblar. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Polis veteranlarının təşkilatlanması təmsil olunduqları ərazi polis orqanlarının və nizami hissələrin gündəlik işində, yaşadıqları bölgələrin ictimai həyatında öz müsbət təsirini göstərməkdədir. Veteranlarımız cinayətkarlıqla mübarizədə, asayişin, əmin-amanlığın qorunmasında, eləcə də gənc əməkdaşların təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında bilik və təcrübələrini əsirgəmirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1145