Qəza törətdi - Yaralıları qoyub qaçdı
19:25 20 Noyabr 2017
Hadisə törədərək qaçan sürücülər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, noyabrın 6-da Yasamal rayonunun M.Həsənov küçəsində yolu keçən Bakı şəhər sakini Fəridə Səmədovanın müəyyən edilməmiş avtomobillə vurulması və nəticədə xəstəxanaya yerləşdirilməsi barədə 27-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsinin “BMW” markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə sürücü - Bakı şəhər sakini Rövşən Salamov saxlanılaraq istintaqa cəlb edilib.
Noyabrın 17-də Gəncə şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfərin xəstəxanaya yerləşdirilməsi barədə Kəpəz Rayon Polis İdarəsinə məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, Məhsəti qəsəbəsinin ərazisində naməlum sürücü idarə etdiyi “Mercedes” markalı avtomaşını Gəncə şəhər sakini Orxan Əmirovun idarə etdiyi “BMW” markalı avtomobilə vuraraq hadisə yerini tərk edib. O.Əmirovun 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qəza hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü - Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsrəddin Musayev müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib.
Femida.az
Oxunub: 1085
Oxşar xəbərlər
- Qəzaya düşən hərbçimiz dünyasını dəyişdi
- Qəzaya düşən ailənin daha bir üzvü xəstəxanada öldü
- Qəzalı körpü bərpa olunur
- Qəzada xəsarət alan neftçilərdən birinin durumu ağırdır
- Qəzaya düşən pambıqçılar evə buraxıldı
- Qəza törətdi - Maşından düşüb qaçdı
- Qəzalar yollara 313,7 min manat ziyan vurub
- Qəza törətmiş icra başçısı müavininin oğlu həbs olundu
- Qəza yerindən qaçan sürücünü hansı cəza gözləyir? - Hüquqi şərh
- Qəzaya düşən polislərdən biri öldü