İrandan gələn avtomobilindən narkotik çıxdı


20:19     20 Noyabr 2017 2015-04-29-15-07-19narkotik0.jpg

Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsinin yük şöbəsində Azərbaycan ərazisindən tranzit gömrük proseduru altında keçməklə İrandan Qazaxıstana gedən yük avtomobilinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.



DGK-dan Femida.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin dartıcısının kabinəsinə xidməti it reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsi saxlanılıb və əsaslı yoxlanılıb.

Nəticədə, kabinənin yataq yerinin üzərində sürücüyə məxsus əl çantasının içərisindəki siqaret qutusunda xalis çəkisi 0,421 qram təşkil edən narkotik vasitə - həşiş qətranı aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 662