Fikrət Qocanın oğlunun qətli ilə bağlı məhkəmə
20:53 20 Noyabr 2017
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin öldürülməsinə görə təqsirləndirilənlər - Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Femida.az -ın verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə vəkillər müdafiə çıxışı edib.
P.Hüseynov və R.Məmmədovun müdafiəçiləri çıxış edərək müvəkillərinin bu işdə günahsız olduqlarını deyiblər və onlara bəraət verilməsini istəyiblər.
Y.Qocayevi qətlə yetirməkdə təqsirləndirilən N.Əhmədovun vəkilləri isə çıxışa hazır olmadığı üçün vaxt istəyiblər. Proses noyabrın 27-də davam etdiriləcək.
Qeyd edək ki, hadisə 2017-ci il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin binasında baş verib.
Yolçu Qocayev, tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində döyülərək öldürülüb.
P.Hüseynov və R.Məmmədov xuliqanlıqda, E.Nəhmədov isə xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirləndirilir.
Oxunub: 703
Oxşar xəbərlər
- Fikrət Məmmədov iclas keçirdi
- Fikrət Məmmədov qəbul keçirəcək
- Fikrət Qocanın oğlunun qətli ilə bağlı məhkəmə olacaq
- Fikrət Əmirovun doğum günüdür
- Fikrət Məmmədov qaçan məhbuslardan danışdı
- Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən şəxslərə ağır cəza istəndi
- Fikrət Qocanın nəvəsi məhkəmədə ifadə verib
- Fikrət Məmmədov qəbul keçirəcək
- Fikrət Məmmədov vətəndaşları qəbul edib
- Fikrət Məmmədov qəbul keçirəcək