Qız qaçırmaq ağır cinayətdir - 10 ilədək həbs cəzası var


15:51     28 Fevral 2018 hqdefault%20(1)4.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə təqdim etdiyimiz mövzu qız qaçırmaqla bağlıdır.

Qız qaçırma halları hüquqi müstəvidə mübahisələrin yaranmasına səbəb olur. Qızın evlənmək məqsədilə öz iradəsi əleyhinə zorla qaçırılması qədim adətlərin qalığıdır. Lakin bu cür adətlər qanunvericiliklə kriminallaşdırılmış, qadağan olunur


Mövzu ilə bağlı Femida.az -ın suallarını cavablandıran vəkil Asif Abdullayev bildirib ki, bəziləri bunu bilməsə də, qız qaçırmaq ağır cinayət hesab olunur.





“ 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsi əvvəlki Cinayət Məcəlləsindən fərqli olaraq qadının evlənmək məqsədilə oğurlanmsını ayrıca maddədə deyil, adam oğurluğuna görə məsuliyyətin müəyyən edildiyi 144-cü maddəsinin tərkibində nəzərdə tutulub.
Əgər qız razı deyilsə, qız qaçırma adam oğurluğu hesab olunur. Əgər qız könüllü qoşulub qaçıbsa, bu cinayət sayılmır.”

Qanunvericilikdə ağır cəzalar nəzərdə tutulur

Vəkilin sözlərinə görə, qızı məcburi qaçırıran şəxsi 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Əgər əvvəlcədən dost-tanışı da bu işə cəlb edib və onların köməyi ilə bu işi ediblərsə bu işdə - 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Bu halda həmin dost-tanışı da cəza gözləyir.




Mircəlal Məcidli
Femida.az

Açar sözlər: #Hüquq   #Vəkil   #video  

Oxunub: 21019