Ana bətnində olan uşaq vərəsə sayılır - Hüquqi yardım


14:44     06 Dekabr 2017 ana-betni.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.Vərəsəlik məsələsi əksər hallarda mübahisə mövzusu olur.



Ana bətnində olan uşaq vərəsə sayılırmı?

Mövzu ilə bağlı Femida.az –ın suallarını cavablandıran vəkil Asif Abdullayev bildirib ki, Qanuna əsasən, miras qoyan şəxsin sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş uşaq vərəsə ola bilər.





“Misal üçün, atasının sağlığında uşağın mayası bağlanır və bundan sonra ata vəfat edir. Bu halda, uşaq doğulandan sonra atasının vərəsəsi hesab edilir.”

Bu, nikahdan kənar doğulan uşaqlara da, həvalə olunurmu?

Vəkil bildirib ki, atalıq faktı müəyyən edildikdən sonra bu mümkündür.

“Bundan sonra atanın heç bir razılığı tələb olunmur. Atalıq isə iki qaydada müəyyən edilə bilər.
1. Ata özü qeydiyyat şöbəsinə ərizə verir və uşağın atası olduğunu qeyd edir.
2. Ata ərizə vermədiyi halda, ana məhkəməyə müraciət edərək, uşağın atasının həmin şəxs olması barədə məhkəmədən qərar qəbul etməyi xahiş edir .


Mircəlal Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 1948