Kollegiyanın 41 yaşlı yeni sədri kimdir? - DOSYE


16:05     07 Dekabr 2017 1432120870.jpg

Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Vəkillər Kollegiyasına yeni sədr seçilib. Yüzdən çox nümayəndənin iştirak etdiyi konfransda kollegiyaya Anar Bağırov yeni sədr seçilib.

Bəs, Anar Bağırov kimdir?


Femida.az xəbər verir ki, Bağırov Anar Ramiz oğlu 1976-cı ildə Gəncə şəhərində anadan olub.

1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsində bakalavr təhsilini, 1997-1999 –cu illərdə isə eyni universitetdə magistr təhsili alıb.
2006-ci ildən hüquq elmləri üzrə fəlsəfə doktorudur. Anar Bağırovun əsas fəaliyyət sahələri korporativ hüquq, kommersiya hüququ, mübahisələrin həlli, bank, maliyyə hüququ və daşınmaz əmlak məsələləridir.
O, 2005-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, 2012-ci ildən isə Kollegiyanın Rəyasət Heyətinin üzvüdür.

2010-cu ildən Hakimlərin Seçki Komitəsinin üzvü, 2016-cı ildən Ədliyyə Akademiyasının "Vəkillərin peşəyə buraxılış və ixtisasartırma" fakültəsinin dekan əvəzi olub.

Həmçinin “Bakı Hüquq Mərkəzi” hüquq şirkətinin idarəedici partnyoru, "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İB-nin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının həmtəsisçisi, Azərbaycan Respublikası Hakimlərin Seçki Komitəsinin üzvü, Britaniya-Azərbaycan Hüquq Assosiasiyasının (BALA) İdarə Heyətinin üzvü, "Azərbaycan vəkili" jurnalının baş redaktoru, həmçinin “Cənubi Qafqaz hüquq jurnalı” və Rusiyanın “Avrasiya vəkilliyi” Jurnalının redaksiya heyətinin üzvüdür.
O, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən “Fəxri Hüquq Doktoru” adına layiq görülüb.
Eyni zamanda Anar Bağırov Azərbaycan Respublikasının Prezidentinin 19.05.2015-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Yeni sədr həmçinin Rusiya Vəkillər Gildiyasının “Fəxri fərmanı” ilə təltif olunub.

Ailəlidir, 3 övladı var.





Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 11340


Oxşar xəbərlər