• Ana səhifə / Manşet

Xəbər lenti

Dünya böyük müharibənin eşiyində - Trampın son qərarına ŞƏRH


Tarix 07.12.17, 14:41


Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında ABŞ prezidenti Donald Tramp Qüds şəhərini İsrailin paytaxtı kimi rəsmən tanıdığını bəyan edib. Trampın bu qərarı bütün dünyada böyük rezonans doğurdu. Belə ki, başda Türkiyə və ərəb ölkələri olmaqla, bütün İslam dünyası kəskin reaksiya verərək Trampın addımını pislədi.


Hətta ABŞ-ın özündə də bir sıra siyasilər və dövlət xadimləri qərarın yalnış və ağlasığmaz olduğunu bildirdilər.
Azərbaycan Xarici İşlər Nazirliyi də bu gün açıqlama yayaraq İsrail-Fələstin münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında sülh yolu ilə və şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarı olduğunu bildirdi.

Politoloqlar da bu qənaətdədir ki, Trampın son qərarı sivilizasiyalararası toqquşmalara yol aça bilər.

Qabil Hüseynlinin fikrincə, Trampın məlum qərarı qərar indiyə qədər dünya ölkələri prezidentləri tərəfindən qəbul edilmiş ən axmaq qərardır:

“Ümumiyyətlə, Donald Trampın qəbul etdiyi qərarların çoxu səfeh qərarlardır. Bu qərar isə təxribat xarakterli olduğuna və sivilizasiyalar arasında gərginliyin artmasına xidmət etdiyinə görə dünya ictimaiyyəti tərəfindən ciddi surətdə pislənməlidir. Bu, müsəlman aləminə edilən ən böyük pislikdir. Çünki Qüds şəhəri 3 səmavi dinin, İslam, Xristian və İudaizmin yerləşdiyi müqəddəs bir məkandır. Buna görə də unikal xarakterə malikdir. Sivilizasiyalar arası yaxınlaşmaya bu şəhərin belə bir statusu əhəmiyyətli təsir göstərib. Trampın son qərarı hər şeyi vurub dağıtdı. Tramp ilk növəbədə İslamafob olduğunu nümayiş etdirtdi. ABŞ kimi bir ölkənin preizdentinin belə komplekslərlə yaşayırsa, bu artıq çox ciddi problemdir”.



Q.Hüseynli hesab edir ki, sivilizasiyalararası toqquşmaların miqyası genişlənəcək:

“Ərdoğanın da dediyi kimi terrorizm daha da dərinləşəcək və dünya yenə gərgin günlərinə qayıdacaq. Fələstinlilər dinc oturmayacaq. Oturmamağa da haqları var. İranın özü bu məsələ ilə bağlı çox sərt davranacağı məlumdur. Səudiyyə Ərəbistanı da əvvəllər ikili oynasa da, Trampın bu qərarını ciddi şəkildə pislədi. İndiyə kimi İslam dini ilə bağlı bir çox mübahisəli fikirlər səsləndirən Tramp son qərarı ilə özünün çox ciddi problemli insan olduğunu nümayiş etdirdi. Zənnimcə, beynəlxalq hüququn ziddinə gedərək Qüdsü İsrail paytaxtı kimi tanımaq çox rəzil bir addımdır. Hətta Xristian dünyası da Trampın bu qərarını pislədi”.

Qabil Hüseynli bildirdi ki, təpkilər yüksək olarsa, Tramp geri bu qərardan geri addım ata bilər:

“Lakin mən Trampı əqli-saleh adam hesab etmədiyimə görə onun geriyə addım atacağına da inanmıram. Onsuz da onu impiçment gözləyir”.



Politoloq Fikrət Sadıqov hesab edir ki, Trampın məlum bəyanatı onsuzda stabil olmayan bir regionda yeni hərbi münaqişələrə yol aça bilər:

“ABŞ regiondakı müttəfiqlərini də özü ilə düşmən edəcək. Təsadüfi deyil ki, Səudiyyə Ərəbistanı da Trampın məlum qərarına çox sərt reaksiya verib. ABŞ-ın Avropadakı müttəfiqləri də Trampın qərarını pisləyərək bildirdilər ki, bu, Fələstin-İsrail münaqişəsinin daha da qəlizləşməsinə səbəb olacaq. Artıq Fələstin ərazilərində etirazlar, mitinqlər başlayıb. İsrail-Fələstin müharibəsi yenidən alovlana bilər”.

Ceyhun Əhmədli
Femida.az

Xəbərin oxunma sayı : 1705











Dünya
img

Erməni kəşfiyyatçısını əsir götürən zabitin xanımı: `Vəzifədə cəmi bir gün işlədi`(VİDEO)

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img