Xırdalanda yanğın: Polis və tibb bacısı zəhərləndi
19:11 07 Dekabr 2017
Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında baş vermiş yanğında tüstüdən zəhərlənələr arasında təcili tibbi yardımın tibb bacısı və polis əməkdaşı da var.
Femida.az -ın xəbərinə görə, onlar - tibb bacısı, 27 yaşlı Həsənova Mətanət İsrafil qızı və 23 yaşlı polis əməkdaşı Heydərli Bəhruz Bayram oğludur.
Tüstüdən zəhərlənən 9 nəfərdən 6-na tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3 nəfərin müalicəsi Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, bu gün Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 14-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqilləri, 64 ədəd işıq və 8 ədəd su sayğacı yanıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 36 nəfər bina sakinini təhlükəsiz əraziyə təxliyə edib. Yanğın zamanı 9 nəfər tüstüdən zəhərlənmiş halda Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Respublika Toksikologiya Mərkəzinə aparılıb. Binanın çardağı və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Oxunub: 820
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- İşsizlərə ŞAD XƏBƏR!
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Sarkisyan xəstəxanaya yerləşdirildi
- Salatın Əsgərovanı qətlə yetirən ermənilər kimlərdir? -ADLAR