Oqtay Əsədov İsmayıl Qəhrəmanla görüşüb


14:29     08 Dekabr 2017 15126714394665726239_1000x669_1512714525.jpg

Dekabrın 7-də Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Şura iclasında və təşkilatın 7-ci plenar sessiyasında iştirak etmək üçün Qırğızıstana gedib.


MM-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, elə həmin gün səfər çərçivəsində O. Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri İsmayıl Qəhrəmanla görüşüb. Görüşdə Azərbaycan Milli Məclisi ilə TBMM arasında əlaqələrin daha da dərinləşdirilməsi, regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, TürkPA Assambleya Şurasının iclasında qurumun fəaliyyəti ilə bağlı bir sıra məsələlər, o cümlədən növbəti plenar sessiyanın gündəliyinə təklif olunan sənəd layihələri müzakirə ediləcək. TürkPA-da Özbəkistanın və Türkmənistanın qonaq kimi iştirakından məmnunluq ifadə edilib, birgə fəaliyyətin önəmi diqqətə çatdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 770