Ərdoğan İlham Əliyevi İstanbula dəvət etdi - Qüds müzakirə olunacaq
17:14 09 Dekabr 2017
Dekabrın 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Türkiyə prezidenti dövlətimizin başçısını İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət etmişdir.
Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul etmişdir.
Dövlət başçıları ABŞ prezidenti Donald Trampın Qüdsün İsrail Dövlətinin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi ilə bağlı qərarının çox yanlış olduğunu vurğulayaraq bildirmişlər ki, bu addımlar beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər.
Eyni zamanda dövlət başçıları Türkiyə və Azərbaycanın islam həmrəyliyinə töhfə verdiklərini qeyd edərək müsəlman aləminin maraqlarını bundan sonra da müdafiə edəcəklərini bildirmişlər.
Prezident İlham Əliyev Türkiyə Prezidentinin növbəti dəfə islam həmrəyliyi işinə dəstəklə bağlı öz üzərinə götürdüyü missiyaya görə Azərbaycan xalqı adından minnətdarlığını ifadə etmişdir.
Femida.az
Oxunub: 1046
Oxşar xəbərlər
- Ərdoğandan fransız jurnalistə SƏRT CAVAB
- Ərdoğan Parisdə tarixi razılaşma imzaladı
- Ərdoğan Fransaya, Çavuşoğlu Almaniyaya gedir
- Ərdoğan Həsən Ruhaniyə zəng edib
- Ərdoğan: “Bəşər Əsəd terrorçudur“
- Ərdoğana hücum oldu - VİDEO
- Ərdoğan Əliyevə zəng etdi
- Ərdoğan Putinə zəng etdi - Təşəkkür üçün
- Ərdoğan Qüds məsələsinə bu foto ilə reaksiya verdi
- Ərdoğandan Trampa sərt cavab: “İradənizi dollara satmayın“