Azərbaycanda hərbçilər qəzaya düşdü -3 ölü,5 yaralı var


00:40     10 Dekabr 2017 oten-gun-3-yol-qezasinda-5-nefer-helak-olub.jpg

Şəki rayonu ərazisində 3 nəfərin ölümü, 5-nin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.


Femida.az "Report"a istinadən xəbər verir ki, Xaldan-Balakən avtomobil yolunun Oğuz rayonuna gedən kəsişmə nöqtəsində iki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 5-i yaralanıb.

Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha biri isə Mingəçevir xəstəxanasında dünyasını dəyişib.

Yaralılardan 3 nəfəri Mingəçevir şəhər xəstəxanasına, digər ikisi isə Şəkiyə aparılıb.

Maşınlardan birində toydan qayıdan hərbçilər olub.

Açar sözlər:

Oxunub: 7487