`İsrail terror dövlətidir`- Ərdoğan sərt danışdı


23:33     10 Dekabr 2017 140312-erdogan-editorial.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sivas şəhərində keçirilən tədbirdə ABŞ-ın Qüds qərarı ilə bağlı növbəti çıxışını edib.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, Ərdoğan 1947-ci ildən etibarən Fələstinin İsrail tərəfindən işğala məruz qaldığını deyib.

O, Trampa səslənərək onun etdiyi səhvə düşməyəcəklərini bildirib:

“İslam dünyasının Qüds məsələsində həssaslığı bilinməsinə baxmayaraq, ABŞ-ın qərarı sülhə, sabitliyə və təhlükəsizliyə qarşı addımdır. Qüdsü uşaq qatili bir ölkənin insafına buraxmayacağıq”.

Qeyd edək ki, BMT Təlhükəsizlik Şurasının 1980-ci ildə qəbul etdiyi 478 saylı qətnaməsində İsrailin Qüdsü paytaxtı elan edilməsi qanunsuz hesab edilib. Tramp bir neçə gün öncə bu qətnaməni pozaraq Qüds İsrailin paytaxtı kimi tanıyıb.

Açar sözlər:

Oxunub: 691