Bakıda yeniyetmə bıçaqladı


13:14     11 Dekabr 2017 1351597684_bicaqlama_7_700x390.jpg

Bakıda yeniyetmə bıçaq xəsarəti alıb.


Femida.az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

“8-ci kilometr bazarı”nın yaxınlığında yerləşən binanın həyətyanı sahəsində 2002-ci il təvəllüdlü Müslümzadə Polad Səbuhi oğlu tanımadığı şəxslə əlbəyaxa dava edib. Nəticədə onun bədəninə 3 bıçaq zərbəsi vurulub.

Yaralı xəstəxanya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıb.

Açar sözlər:

Oxunub: 315