Ermənistanda hərbçi qəza törədib - ÖLƏN VAR


14:30     11 Dekabr 2017 80264ef0f994b90c0d063882ee4852cf9ccac3f1.jpg

Ermənistanda hərbçi qəzaya düşüb.


Femida.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Tavuş vilayətinin İcevan şəhərində baş verib.

Ermənistan Silahlı Qüvvələrinin 21 yaşlı hərbçisi Arsen Kirakosyan idarə etdiyi motoskletlə İcevan şəhər sakini, 51 yaşlı Svetlana Beqlaryanı vuraraq öldürüb.

A.Kirakosyan Ermənistan Müdafiə Nazirliyində müqavilə əsasında hərbi xidmət edir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 991