Ötən günün yol qəzaları - 12 ölü, 29 yaralı
15:49 11 Dekabr 2017
İstirahət günlərində Azərbaycanda baş vermiş yol qəzaları nəticəsində 12 nəfər vəfat edib.
Femida.az xəbər verir ki, şənbə günü ölkə yollarında ümumilikdə 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər vəfat edib, daha 12 nəfər isə ağır və orta ağır dərəcəli xəsarətlər alıb. Şənbə günü Şəkidə iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb. Bakının Suraxanı rayonunda isə avtomobil ahıl qadını vurub öldürüb.
Bazar günü də ölkə yollarında baş vermiş qəzalar 6 nəfərin həyatına son qoyub. Həftənin son günü ümumilikdə 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalar nəticəsində daha 15 nəfər xəsarət alıb. Bazar günü Bakının Nərimanov, Sabunçu və Qaradağ rayonlarında, eləcə də Gəncə avtovağzalında və Balakəndə piyadalar yol qəzasının qurbanı olub. Tərtərdə isə iki avtomobilin toqquşması insan itkisi ilə nəticələnib.
Hər bir faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 865
Oxşar xəbərlər
- Ötən il Azərbaycana 3 milyona yaxın turist gəlib
- Ötən ilin 11 ayında 22 bank filialı bağlanıb
- Ötən günün statistikası: 63 cinayət
- Ötən gün 102 cinayət faktı qeydə alınıb
- Ötən gün 100 cinayət faktı qeydə alınıb
- Ötən gün 78 cinayət faktı qeydə alınıb
- Ötən gün 98 cinayət faktı qeydə alınıb
- Ötən gün 100 cinayət törədilib
- Ötən gün 94 cinayət faktı qeydə alınıb
- Ötən günün qəzaları - 5 nəfər yaralanıb