“Heydər Əliyev Məkkədə Qarabağ üçün dua edirdi” – Hadı Rəcəbli


16:08     11 Dekabr 2017 heyder%20eliyev37.jpg

“Ulu öndərimizlə Məkkə ziyarətində, Kəbə evinin içərisində olmuşam. Onun dua edərkən “Allah bizim Qarabağ problemimizi həll et” deməsini eşitmişəm”


Bu sözləri Femida.az-a açıqlamasında millət vəkili Hadı Rəcəbli deyib.

Hadı Rəcəbli bildirib ki, onun Heydər Əliyevlə ilk əlaqəsi 1972-ci ilə təsadüf edir:

“Həmin ilin 4 iyul tarixində Heydər Əliyev məni ilk dəfə qəbul etdi. O gündən Ulu Öndərin qayğısı ilə əhatə olunmuşam. Biz onun əlində böyümüşük. Ulu öndərimiz həmin görüşdə bizə məsləhətlərini, təkliflərini verdi. Ötən illər ərzində onun tövsiyyələrinə əməl etməklə yalnız xeyir görmüşük”.

H.Rəcəbli qeyd etdi ki, Heydər Əliyev onu qəzet müxbirliyindən birbaşa şəhər icraiyyə komitəsinin sədri vəzifəsinə təyin edib:

“Mən 1980-ci ilin avqust ayında “Bakinski raboçi” qəzetinin region müxbiri olarkən Lənkəran şəhər icraiyyə komitəsinə sədr təyin edildim. Qəzet müxbirinin birdən-birə belə yüksək vəzifəyə təyin olunması Azərbaycan dövlətçiliyi tarixində ilk idi. 90-cı illərdə Ulu Öndər ikinci dəfə Azərbaycanda hakimiyyətə gələndən sonra onunla birlikdə qaçqın-məcburi köçkün problemi ilə məşğul olmağa başladıq. Ulu öndər Azərbaycana 60 beynəlxalq hümanitar təşkilatın cəlb olunmasında bilavasitə iştirak edib. Bu gün Azərbaycan dövlətçiliyi Heydər Əliyevin rəhbər tutduğu prinsiplər üzərində qurulub. İlham Əliyev cənabları ulu öndərin siyasi kursunu bu gün layiqincə davam etdirir”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 5039