Ov tüfəngi ilə özünü güllələdi


16:39     11 Dekabr 2017 ozunu9.jpg

Yevlax sakini ehtiyatsızlıqdan özünə silahla xəsarət yetirib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, dekabrın 9-da Yevlax rayonunun Hacıselli kənd sakini Rahil Mustafayev ayaq nahiyəsindən qırma yarası ilə xəstəxanaya gətirilib.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı onun evinin həyətində ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alması müəyyən edilib.

Hadisə yerindən “İJ-16” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 890