Fransa Qarabağla bağlı mövqeyini açıqlayıb


17:55     11 Dekabr 2017 aureliya-bushez.jpg

"Hər bir icmanın iqtisadi, sosial və mədəni cəhətdən inkişafı üçün problemlərin davamlı və danışıqlar yolu ilə həllə nail olmaq son dərəcədə vacibdir".


Femida.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Orelia Buşez Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş nümayəndələrinin, eləcə də jurnalistlərin Tərtər rayonuna təşkil olunmuş səfəri zamanı deyib.

"Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi irəliləyişə nail olmaq üçün fəaliyyətini davam etdirəcək", - səfir vurğulayıb.

Orelia Buşezinin sözlərinə görə, ilk dəfə bu bölgəyə səfər edir: "Burada çox keyfiyyətli binalar, o cümlədən məktəb və mənzillər tikilib və mən bundan məmnun qaldım. Çünki insanların həyatına qayğı göstərmək vacibdir. Bir daha qeyd edirəm ki, bu, bir daha onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsini tez bir zamanda sülh yolu ilə həll etmək vacibdir".

Femida.az

Açar sözlər:

Oxunub: 637