Rusiya hərbi qüvvələrini Suriyadan çıxarır


22:08     11 Dekabr 2017 140226-putin-russia-military-750a_4eeedb96f23edfb4cd42615d86323da284.jpg

Rusiya prezidenti Vladimir Putin Suriyaya səfər edib.


Femida.az-ın məlumatına görə, V. Putini Suriya prezidenti Bəşər Əsəd, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Suriyadakı Rusiya hərbi qüvvələrinin komandanı Sergey Surovikin qarşılayıb.

Daha sonra V. Putin Rusiya aviasiyası və hərbçilərinin yerləşdiyi Hmeymim aviabazasına gedib.

Dövlət başçısı hərbçilər qarşısında çıxışı zamanı Rusiya hərbi qüvvələrinin Suriyadan çıxarılmasına başlanması barədə sərəncam verib.

"Müdafiə nazirinə, Baş Qərargah rəisinə Rusiya qoşun qruplaşmalarının çıxarılaraq daimi dislokasiya məntəqəsinə göndərilməsinin başlanılmasını əmr edirəm", - deyə Vladimir Putin çıxışında bildirib.

Açar sözlər:

Oxunub: 442