`Prezidentin necə öləcəyini dünyaya göstərəcəm` - Saakaşvili (VİDEO)


20:57     11 Dekabr 2017 412891003.jpg

Bir qədər əvvəl Kiyevdə keçirilən məhkəmədə Saakaşvili yenidən həbsxanaya qayıdacağı təqdirdə aclıq aksiyasını davam etdirəcəyini bildirib.


Bu barədə Femida.az xarici KİV-lərə istinadən xəbər verir.

“Mən heç kimdən qorxmuram. Prezidentin necə olduğunu dünyaya göstərdiyim kimi necə ölə biləcəyini də sübut edəcəm. Həbsxanaya qaytarsalar, ölənə kimi aclığa davam edəcəyəm. Və hamı bu qətlin kimin törətdiyini biləcək”, - deyə Saakaşvili bildirib.

Qeyd edək ki, Gürcüstanın və Odessanın sabiq rəhbəri Mixail Saakaşvili bu gün barəsində keçirilən məhkəmədə Gürcüstan və Ukraynanın himnini oxuyub.



Femida.az

Açar sözlər:

Oxunub: 2158