Nazir vətəndaşlarla görüşəcək


21:50     11 Dekabr 2017 ebulfez-qarayev-liderxeber-6402.jpg

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən 2017-ci ilin dekabr ayının 15-də saat 11ºº-da Sabirabad şəhərində Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti, 95) Şirvan şəhəri, Hacıqabul, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.


Femida.az xəbər verir ki, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.



Femida.az

Açar sözlər:

Oxunub: 466