İraqda ardıcıl 2 güclü zəlzələ oldu


23:59     11 Dekabr 2017 1410325067_ndoneziyada-65-balliq-zelzele-olub-cenubnews.jpg

İran-İraq sərhəd bölgəsində ardıcıl 2 yeraltı təlkan qeydə alınıb.


Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla 17:09 radələrində İraqın şimalındakı Hələbcə şəhərində 5,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanın episentri 10 km dərinlikdə yerləşib.

Bundan yarım saat sonra isə 4,9 bal gücündə növbəti zəlzələ baş verib.

İnsan itkisi və dağıntı barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, son aylarda İran-İraq sərhəd bölgəsində yeraltı təkanlar intensivləşib. Ötən ay İranın Kirmanşah əyalətində 7.2 bal gücündəki zəlzələ 569 nəfərin ölümünə səbəb olmuşdu.

Açar sözlər:

Oxunub: 642