Türkiyə ordusu PKK-nı bombaladı: 17 terrorçu məhv edildi


00:43     12 Dekabr 2017 abs%20pkk%20suriya%20bomba%20partlayis.jpg

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalındakı Hakurk bölgəsinə əməliyat təşkil olunub.

Femida.az verir ki, hava hücumu nəticəsində PKK terror təşklatının 17 üzvü zərərsizləşdirilib.

Bundan başqa, terror təşkilatının istifadə etdiyi 3 mağara və bir sığınacaq məhv edilib.

Qeyd edək ki, hazırda əməliyyatlar davam edir.

Açar sözlər:

Oxunub: 1292