Qəzaya düşən hərbçimiz dünyasını dəyişdi
01:29 12 Dekabr 2017
Şəki rayonunda baş vermiş qəzada ağır xəsarət almış hərbçi xəstəxanada dünyasını dəyişib.
Femida.az "Report”a istinadən xəbər verir ki, dekabrın 9-da Yevlax-Zaqatala-Gürcustan magistral yolunda, Şəki rayonunun girişində 3 nəfərin ölümü, 5-nin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Qəza zamanı iki "Mercedes" markalı avtomobil toqquşub. Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha biri isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında keçinib.
Yaralılardan 4 nəfəri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına, digər Şəkiyə aparılıb. Dörd yaralı hərbçi daha sonra digər şəhərlərdə yerləşən hərbi tibb müəssisələrinə yola salınıb. Durumu nisbətən sabitləşən yaralılar - Murad Bağırov, Elvin Qasımlı və Rəşad Aslanlı Gəncə şəhərindəki hospitala göndərilib. Başından ağır xəsarət alan və kritik durumda olan 1994-cü il təvəllüdlü, Salyan rayon sakini Məhəmməd Qabil oğlu Heydərovun isə hospitala göndərilməsi təxirə salınıb. Bu gün isə həmin yaralı hərbçi şəhər xəstəxanasında dünyasını dəyişib.
Oxunub: 2513
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- İşsizlərə ŞAD XƏBƏR!
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Sarkisyan xəstəxanaya yerləşdirildi
- Salatın Əsgərovanı qətlə yetirən ermənilər kimlərdir? -ADLAR