Bakıda qayınata gəlinini güllələdi - Xəyanətə görə


13:22     12 Dekabr 2017 gulle8.jpg

Bakının Sabunçu rayonunda qısqanclıq zəminində qətl hadisəsi baş verib.


Femida.az "Report"a istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazidə yaşayan sakinlərin verdiyi məlumata görə, 1993-cü il təvəllüdlü M.A. Xanağa qızı qonşuluqda yaşayan şəxslə həyat yoldaşına xəyanət edib.

Bunu bilən A.M-in qayınatası gəlinini qoşalülə tüfəngi ilə başından güllələyərək qətlə yetirib. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1668