Bakı Nəqliyyat Agentliyi 5 şirkətlə müqavilə imzalayıb


15:10     12 Dekabr 2017 bna5.jpg

Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) 5 şirkətlə satınalma müqaviləsi imzalayıb.


Femida.az xəbər verir ki, bütün satınalma müqavilələri dekabrın 8-də imzalanıb.

Belə ki, "Azin Construction" MMC Nəqliyyat Mübadilə Mərkəzlərində modul tipli dayanacaqların layihə-smeta sənədlərinin hazırlanması işlərinin aparılması keçirilən müvafiq tenderin qalibi olub. Tərəflər arasında imzalanan satınalma müqaviləsinin dəyəri 25,96 min manatdır.

"Delta Telekom" şirkəti isə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mövcud qurulmuş elementləri üçün optik kabel üzərindən bütün istiqamətlərdən tam olaraq reservlənmiş 1/10 Ge port vasitəsilə məlumatların ötürülməsi qabiliyyətinə malik şirkət üzərindən işləməyən elementlərin bərpası və 1/10 Ge port üzərindən məlumatların TMC-yə çatdırılması, həmçinin yaradılmış fiber-optik şəbəkənin NİİM-in istifadəsinə verilmiş liflərin aylıq texniki xidmətin göstərilməsi ilə bağlı keçirilən tenderin qalibi olub. Tərəflər dəyəri 49,9 min manatlıq satınalma müqaviləsinə imza atıblar.

"R Standart" MMC isə Nəqliyyat Mübadilə Mərkəzində cari təmir işlərini həyata keçirəcək. Tərəflər arasında imzalanan satınalma müqaviləsinin dəyəri 34,42 min manat təşkil edir.

"Kənan İnşaat və Ticarət" MMC Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Heydər Əliyev prospektinin 9-cu km-nin cənub hissəsində yerləşən binanın əsaslı təmiri işlərini həyata keçirəcək. İşlərin dəyəri 171 min 105,24 manatdır.

"Nəqliyyat planlaması və trafik təhlili üçün trafik simulyasiyası proqram təminatını isə "Sinam" MMC həyata keçirəcək. Tərəflər arasında dəyəri 387 min 209,85 manat olan satınalma müqaviləsi imzalanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1231