Azərbaycanla Aİ arasında danışıqlar uzana bilər


16:11     12 Dekabr 2017 mahmud%20memmedquliyev.jpg

“Dekabrın 15-də Avropa İttifaqı ilə danışıqlarda sektoral blok üzrə əməkdaşlıq məsələlərinə dair videokonfrans olacaq. Burada enerji, ekologiya və digər sahələr müzakirə olunacaq”.


Femida.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan və Aİ arasında yeni əməkdaşlıq müqaviləsinin imzalanması ilə bağlı danışıqların son durumunu şərh edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib. O bildirib ki, qalan bloklar üzrə danışıqlar gələn ilin yanvar-fevralında keçirilə bilər: “Danışıqlarda tərəqqi var. Hesab edirəm ki, danışıqlar gələn ilin sonuna kimi bitəcək”.

Nazir müavini qeyd edib ki, Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetlərinə dair bir-iki məsələ qalıb: “Onlar da yaxın zamanlarda həll olacaq. Biz videokonfranslar aparırıq, lazım olsa, görüşmək də olar. Tərəfdaşlıq prioritetlərində Aİ ilə hansı sahələrdə işləyə biləcəyimiz qeyd olunub. Orada təxminən bütün sahələr var. Üç illik prioritetlər öz əksini tapıb. 2020-ci ilə kimi onların hamısını həll etmək lazımdır”.

Femida.az

Açar sözlər:

Oxunub: 833