Fədayə Laçın azadlığa çıxacaq? - MƏHKƏMƏSİ BAŞLAYIR
16:32 12 Dekabr 2017
Məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət üzrə məhkəmənin vaxtı məlum olub.
Femida.az xəbər verir ki, Fədayə Laçının vəkili Türkel Süleymanlı bildirib ki, vəsatətə sabah Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.
Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.
Femida.az
Oxunub: 1794
Oxşar xəbərlər
- Fədayə Laçın yenidən məhkəməyə müraciət edəcək
- Fədayə Laçın məhkəmədə ifadə verdi: “Aldadılmışam“
- Fədayə Laçının məhkəməsi başladı
- Fədayə Laçın bu tarixdə məhkəmə qarşısına çıxacaq
- Fədayə Laçın apellyasiya şikayəti verdi
- Fədayə Laçın `hepatit c` xəstəsidir - Vəkili açıqladı
- Fədayə Laçının məhkəməsində qərar qəbul edildi - YENİLƏNİB
- Fədayə Laçın bu gün azadlığa buraxıla bilər
- Fədayə Laçın məhkəməyə müraciət etdi
- Fədayə Laçından xəbər var