Dünən öldürülən erməni əsgəri Rusiyadan gəlibmiş - FOTOLAR


17:02     12 Dekabr 2017 127100_1513068989.jpg

Qarabağda ölən erməni əsgəri Rusiya ordusunda hərbi xidmət keçib.


Femida.az -ın məlumatına görə, Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Qarabağda öz silahdaşı tərəfindən öldürülən Narek Adibekyan həm də Rusiya ordusunda xidmət edib.

O, sonradan yaşadığı Pyatiqorskdan Ermənistana oxumaq üçün qayıdarkən onu hərbi xidmətə çağırıb, Qarabağa xidmətə yollayıblar. İrəvanın Şenqavit inzibati rayonundan olan Adibekyan İrəvan dövlət universitetinin iqtisadiyyat və idarəetmə fakultəsinin tələbəsi olub.

Xatırladaq ki, 11 dekabr 2017-ci il saat 19:30 radələrində işğal altında olan Qarabağın şimal istiqamətində qanunsuz hərbi hissələrədən birində erməni əsgər öz xidmət yoldaşını güllələyib. Açılan atəş nəticəsində 1996-cı il təvəllüdlü Narek Marzpetuni Adibekyan ölüb.






Açar sözlər:

Oxunub: 4413