Neft Daşlarında insident - Fəhlə öldürülüb


17:40     12 Dekabr 2017 61571.png

Bu gün saat 10:50 radələrində Neft Daşlarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.


Femida.az SOCAR-a istinadən xəbər verir ki, nəticədə A.Əsgərov A.Xalıqova bıcaqla xəsarət yetirib. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.

SOCAR rəhbərliyi və kollektivi baş vermiş hadisədən kədərləndiklərini bilidirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1736