Qənirə Paşayeva İraqın baş naziri ilə görüşüb


18:53     12 Dekabr 2017 1513067373_4.jpg

İraq Jurnalistlər İttifaqının Bağdadda təşkil etdiyi və 30 ölkədən nümayəndələrin qatıldığı Beynəlxalq Jurnalist Simpoziumunda iştirak edən deputat Qənirə Paşayeva tədbir çərçivəsində İraqın baş naziri Heydər əl-Abadi ilə görüşüb.


Deputat Azərbaycanın İraqla münasibətlərin inkişafına önəm verməsini deyib.

İraq baş naziri də Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə çalışdıqlarını deyib.

Q. Paşayeva Qarabağ problemi ilə də bağlı bəzi məsələləri də baş nazirin diqqətinə çatdırıb. Və Ermənistan tərəfindən torpaqlarının 20 faizi işğal olunan, 1 milyon qaçqın və köçkünü olan və erməni terrorundan əziyyət çəkən bir ölkə olaraq Azərbaycanın İraqın terrorla mübarizəsini dəstəklədiyini bildirib.

Q.Paşayeva bildirib ki, terrorla mübarizədə ikili standartlar olmamalıdır və Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda bu məsələni xüsusi olaraq diqqətə çatdırır.

Q.Paşayeva Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun fəaliyyəti ilə də bağlı məlumat verib.

Femida.az

Açar sözlər:

Oxunub: 1024