Bu prospektdə hərəkət məhdudlaşdırılır


21:20     12 Dekabr 2017 607367.jpg

Asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində, daha dəqiqi prospektdə yerləşən yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.


Femida.az xəbər verir ki, bu barədə Trend-ə "Azəravtoyol" ASC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarınadək tətbiq ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 580