İsrailə qarşı böyük müharibə başlayır


00:22     13 Dekabr 2017 hemas72.jpg

Fələstinin “Həmas” hərəkatı ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınması barədə qərarına etiraz olaraq üçüncü “intifada”nın, üsyanın başladığını elan edib.


Femida.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

“Həmas”ın yaydığı məlumatda bildirilir ki, ABŞ-a qərarının ləğvi üçün təzyiq göstərmək və etirazları davam etdirmək məqsədilə üçüncü "intifada"nın başlandığı elan olunur.

Qeyd edək ki, intifada ümumilikdə fələstinlilərin İsrail işğalına qarşı başlatdığı müqavimət hərəkatıdır. İsrail işğalına qarşı ilk intifada 1987-ci ildə başladılıb. Bu intifada zamanı 1087 fələstinli, 160 israilli həlak olub, həmçinin İsrailin 1400-dən çox mülki vətəndaşı, 1700-dən çox əsgəri yaralanıb. 822 nəfər fələstinli isə İsraillə əməkdaşlıq etməkdə ittiham edilərək qətlə yetirilib. Sonradan öldürülənlərin əksəriyyətinin İsraillə heç bir əlaqəsi olmadığı üzə çıxıb.

Fələstinlilər tərəfindən ikinci intifada isə 2000-ci ildə olub. Bu intifada həmçinin “Əl-Əqsa İntifadası” adlandırılıb. Bu intifada 2005-ci ildə sona çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 14056