Silahlı Qüvvələrə əlavə vəzifələr verildi


01:14     13 Dekabr 2017 ordumuz4.jpg

Azərbaycan Silahlı Qüvvələrinə əlavə vəzifələr verilir.


Femida.az-ın APA-ya istinadən məlumatına görə, yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 4-cu (Silahlı Qüvvələrin əsas vəzifələri) maddəsinin 10-cu bəndində bildirilir ki, Silahlı Qüvvələr öz fəaliyyətində informasiya təhlükəsizliyini təmin etmək vəzifəsinə malik olacaq.

Maddənin 15-ci bəndinə əsasən isə Silahlı Qüvvələr beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq vəzifəsini də yerinə yetirəcək.

Qanun layihəsi Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 3971