Erməni cinayətləri - I YAZI


17:41     12 May 2015 ermeni_yalanlari%20femida6.jpg

Qondarma erməni “soyqırımı”, tarixi faktlar – ARAŞDIRMA

Femida.az “Erməni cinayətləri” adlı yeni layihəsinə başladı:

Layihənin məqsədi dünya ictimaiyyətinə erməni “soyqırımı” ilə bağlı tarixi faktların nə cür saxtalaşdırıldığını çatdırmaqdır.

Bütün dünyada qondarma erməni “soyqırımı”nı təbliğ edən erməni millətçiləri nədənsə tarixçilərin arxivləri açmaq, dünyaya real tarixi faktları göstərmək çağırışlarına məhəl qoymurlar. Qondarma erməni “soyqırımı” iddiasının kökündə əslində hansı tarixi faktlar dayanır?

Bu sualla Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovaya üz tutduq.

“Osmanlı dövlətində ən yüksək imtiyaza malik xalq məhz ermənilər olub”

Firdovsiyyə Əhmədova: “Ermənilərin “soyqırımı” adlandırdıqları hadisə əslində həqiqətdən uzaq bir saxtakarlıqdır. Ermənilər tarix boyu Osmanlı ərazisində yüksək statusa malik olub. Hələ erməni yazarı Oryan tərəfindən etiraf olunub ki, Osmanlı hakimiyyəti dövründə digər xalqlar içərisində ən isti münasibət bəslənilən xalq ermənilər olub. Faktiki olaraq Konstantinopol Osmanlılar tərəfindən tutulduqdan sonra istər maliyyə-ticarət, istərsə də dini baxımdan ən yüksək imtiyaza malik xalq məhz ermənilər olub. Ermənilər Osmanlı dövlətinə ən sadiq xalq elan olunmuşdu. Tarix boyu hakimiyyətdə olan Osmanlı sultanlarının hamısı ermənilərə qarşı loyal, liberal münasibətdə olublar.

Rusiya-Türkiyə arasında 1877-1878 – ci il müharibəsindən sonra, xüsusən də Berlin konqresində erməni məsələsinin gündəmə gətirilməsi böyük dövlətlərin marağında olan bir məsələ idi. Yəni Osmanlı dövlətini zəiflətmək, parçalamaq istəyən dövlətlər milli və dini azlıqlarda öz maraqları istqamətində istifadə etməyə çalışırdı. Bu baxımdan ABŞ-ın, Rusiyanın, Böyük Bitaniyanın səyləri erməniləri elə bir ab-havaya qərq elədi ki, onlar Osmanlı dövləti içərisində muxtar hakimiyyətə sahib olmaq arzusuna yiyələndilər. Hələ birinci Pyotrun dövründə ermənilərin Rusiyanın cənub sularında yerləşdirilməsi gündəmdə idi. Lakin I Pyotr buna nail ola bilmədi. Faktiki olaraq xristianlığı himayə etmək adı altında Rusiyanın siyasi maraqları naminə ermənilərin Rusiyanın cənub ərazilərinə köçürülməsini I Pyotrun öz vəsiyyətində də qeyd etmişdi.

XIX əsrin sonlarında Osmanlı ərazisində millətçi erməni radikalları fəallaşmağa başladılar. Sultan Əhmədə qarşı terror aktı törədildi. Artıq dünya erməniləri eyni bir işə səfərbər edilmişdi. Birinci dünya müharibəsinin başlanması ilə dünya erməniləri könüllü şəkildə Rusiya dövlətinə müraciət edərək, Osmanlı dövlətinə qarşı müharibəyə başlamağa hazır olduqlarını bildirdilər. Əslində ermənilərin Osmanlı ərazisindəki mövqeyi çox yüksək səviyyədə idi. Hətta rus məmurlarının yazışmalarında, rəsmi sənədlərdə rast gəlinir ki, Tiflis İstanbuldan sonra dünya ermənilərinin ikinci mərkəzi hesab edilirdi. Yəni dünya ermənilərinin birinci mərkəzi kimi İstanbul göstərilirdi. Bu ermənilərin hansı yüksək statusda olmasının göstəricisi idi. Bütün bu xoş münasibətlərə baxmayaraq birinci dünya müharibəsi illərində Osmanlı hakimiyyətinə qarşı qiyam qaldırdılar. Qiyamçılara Rusiya tərəfindən silah yardımı edilirdi. Bu sahədə külli sayda arxiv sənədləri mövcuddur. Belə bir şəraitdə böyük bir coğrafiyada müharibə aparan Osmanlı hakimiyəti öz dövlət təhlükəsizliyini təmin etmək üçün tədbirlər görmək məcburiyyətində idi. Buna görə də 1915-cil il aprel ayının 24-də faktiki olaraq erməni qiyamlarını təşkil edən rəhbər şəxslərin həbs olunması haqqında qərar verilmişdi. Bu qərarın verildiyi günü ermənilər onlara qarşı “soyqırımı”-nın başlandığı gün kimi qəbul etdilər. Köçürmə siyasəti tarixən tez-tez rast gəlinən bir haldır. Dünya dövlətləri dəfələrlə bu təcrübədən istifadə ediblər. Yəni Osmanlı dövlətinin təşkil etmək istədiyi köçürmə siyasəti ilk belə addım deyildi. 1915-ci ilin may ayında şərq vilayətlərindən əhalinin köçürülməsi ilə bağlı Osmanlı Parlamenti qərar qəbul etdi. Məsələ burasındadır ki, bu təkcə ermənilərə qarşı yönəlmiş bir akt deyildi, Ancaq ermənilər bu missiyanın sırf olaraq özlərinə qarşı törədildiyini iddia edirlər. Əslində 1915-ci ilin mayın 30-da Osmanlı Parlamentinin qəbul etdiyi qanun faktiki olaraq 24 apreldən bir ay sonra verilmişdi. Bunu da diqqətdə saxlamaq lazımdır. Çünki məhz 24 apreli ermənilər soyqırımının başlanğıcı kimi qəbul edirlər. Halbuki həmin gün köçürülmə ilə bağlı hər hansı qərar qəbul edilməmişdi.

1915-ci il 31 may qərarı Osmanlı dövlətinin şərq sərhədlərindən və cəbhə bölgəsinə yaxın ərazilərdən düşmən cəbhəsi ilə əməkdaşlıq edən, daxildə təxribat törədən əhalinin deportasiyası ilə bağlı idi. Eyni zamanda qanuna əsasən deportasiyası zamanı əhalinin təhlükəsizliyi də təmin edilməli idi. Köçürülən əhalinin təhlükəsizliyini təmin etmək üçün həkim müşaiyyəti təşkil edilmişdi. Bu imtiyazlı bir deportasiya idi. Hətta onların mal-qaralarını köçürmək üçün xüsusi baytarlar ayrılmışdı. Köçürülmə zamanı erməni mülki əhalisinin bir qisminin kürdlər, çerkezlər tərəfindən məhv edilməsi faktı da olub. Amma bu Osmanlı hakimiyyəti tərəfindən həyata keçirilmiş xüsusi bir akt və ya qərar olmayıb. Ermənilər Osmanlı hakimiyyətinə qarşı qiyam qaldırdıqları zaman həyata keçirdikləri qırğın nəticəsində türklərlə yanaşı, külli sayda kürdlər və digər xalqları da məhv etmişdilər. Nəticə etibarilə köçürülmə zamanı kürdlər, çerkezlər qisas almaq üçün erməni əhalisinə hücumlar edirdilər. Hücumlar bəzən sırf qarət məqsədi də daşıyırdı. Köçürülmə prosesində Ərəb ərazilərinə daxil olduqda ermənilərin Bədəvi hərbi bandalarının da hücumlarına məruz qalmaları ilə bağlı tarixi sənədlər vardır. Bu hadisələri isə birbaşa olaraq Osmanlı dövlətinin siyasəti ilə əlaqələndirmək, “soyqırım” aktı ilə eyniləşdirmək tamamilə yanlış bir mövqedir. Çünki 1915-ci il iyunun 10-da Osmanlı parlamenti köçürülən mülki əhalinin mülkiyyət hüquqlarının qorunması, onlara kompensasiya, təzminat verilməsi, köçürülmə zamanı onların tam təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qərar da qəbul etmişdi. Bu qanunun həyata keçirilməsi ayrı-ayrı məmurlara tapşırılmışdı. Köçürülmə zamanı erməni mülki əhalisinin bir qismi öldürüldü, lakin ermənilərin iddia etdikləri kimi bu rəqəm isə 1.5-2 milyon civarında deyil. Hazırda Türkiyə dövlətinin mövqeyi birmənalıdır. Türkiyə arxiv sənədlərinin açılmasının, tarixi həqiqətlərin ortaya çıxmasının tərəfdarıdır.”

“24 aprel” Osmanlı dövlətinə qarşı hazırlanmış kompaniya idi.”

“24 aprel əslində tarix deyil. Bu siyasətdir”, - deyə Tarix Elmlər Doktoru, Professor Anar İsgəndərov vurğuladı. “Əslində 1915-ci ilin 24 aprelində soyqırımı deyə bir hadisə baş verməyib. Lakin Ermənistan həmin gün ərzində 1.5 milyon erməninin həyatına son qoyulduğunu iddia edir.

Bu tarix deyil. Bəs bu nədir? Birinci Dünya Müharibəsi ərəfəsində həm qərb, həm də Rusiya erməniləri əmin etmişdi ki, müharibədə qalib gəldikləri təqdirdə Ermənistan dövlətinin yaradılmasına şərait yaradacaqlar. Bəs ermənilərdən nə tələb edilirdi? Erməni də göz yaşı töksün, ağlasın, sızlasın, guya bütün dünyanı inandırsın ki, 1915-ci ildə “soyqırımı” hadisəsi baş verib. Ona görə də 1915-ci ilin “24 apreli” artıq birinci dünya müharibəsi başlanmazdan əvvəl Osmanlı dövlətinə qarşı hazırlanmış kompaniya idi. İkinci saxta məlumat: Guya Osmanlı dövlətinin Daxili İşlər naziri Tələt paşa ermənilərin soyqırımı, məhv edilməsi ilə bağlı sərəncam imzalayıb. Sənədin əsli yoxdur.

Bu necə sənəddir ki, başlanğıcda allahın adı yoxdur. Həmin dövrdə Xilafətin də yükü Osmanlının üzərində idi. Osmanlı sultanı həm də xəlifə idi. Bu nece sənəddir ki, müsəlman tarixi ilə deyil, hicri tarixlə imzalanıb. Bunu Avropa sizdən də, bizdən də daha yaxşı bilir. Qərb tarixçiləri çox gözəl anlayır ki, belə bir hadisə olmayıb.

Avropanın əsas marağı ondan ibarətdir ki, dünənki Osmanlı və bugünki Türkiyə dövləti həmişə təhdid altında olsun. Heç bir qərbli, heç bir rus Bosfor və Dardanel boğazlarının, İstanbulun türkiyənin əlində olması faktları ilə razılaşmır. Göründüyü kimi 1915-ci ilin 24 apreli bir siyasi oyundur.”

Bəs köçürülmə prosesində əslində nə qədər erməni iştirak edib və onların neçəsi öldürülüb?

Bu sualı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa cavablandırdı. Onun fikrincə rəsmi sənədlərə görə köçürülmə prosesində cəmi 8500 erməni öldürülüb.

“Ümumiyyətlə Şərqi Anadoluda XX əsrin əvvəllərində 1 milyon bir qədər çox erməni yaşayırdı. Ermənilərin bu ərazilərdən köçürülməsi prosesi 1915-ci ilin mayın axırlarında başlanmışdır. Köçürülmə prosesində təqribən 700 min erməni iştirak etdi. Təqribən 100 min erməni müxtəlif vasitələrlə köçürülmə prosesindən yayınaraq indiki Türkiyənin ərazisində qaldılar. Ermənilər daha çox Suriya, Livan ərazilərinə köçürüldülər.

Türkiyənin rəsmi arxiv sənədlərinə əsasən köçürmə prosesi zamanı 8500 erməni öldürülüb. Osmanlı dövlətində 1919-cu ildə məhkəmə quruldu və ermənilərin öldürülməsində günahı olan bütün şəxslər, o cümlədən səhlənkarlığa yol verən türk zabitlər cəzalandırıldı. Yəni bir əmələ görə iki dəfə cəza tətbiqi mümkün deyil. Osmanlı dövləti artıq günahkar şəxsləri qanuni yolla cəzalandırıb” Hazırda bütün dünya bu “soyqırımı” haqqında faktları çox yaxşı bilir.

Lakin bəzi siyasi ambisiyaların təsiri ilə bir sıra dövlətlər “soyqırımı” ilə bağlı tarixi reallığı danırlar. Erməni lobbisinin məqsədyönlü fəaliyyəti və öz dövlət maraqları naminə bu “soyqırımı” –nı rəsmi surətdə tanıyan dövlətlərin sayı iyirmini keçib. Erməni tarixçilərin özləri də çox gözəl anlayırlarr ki, heç bir tarixi fakta söykənməyən “soyqırımı” ifadəsinin tez-tez dünya siyasi arenasında gündəmə gəlməsi böyük dövlətlərin geosiyasi maraqları çərçivəsində mümkün olur.

Türkiyənin Avropaya doğru genişlənmsindən narahat olan Avropa dövlətləri bu “soyqırımı” cəfəngiyatından Türkiyəyə qarşı mübarizədə bir silah kimi istifadə edirlər. Bütün bunlara baxmayaraq inanırıq ki, tarixi ədalət öz yerini tapacaq.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3263