• Ana səhifə / Manşet

Onlayn hüquqi yardım

Sual ver

Sizi maraqlandıran istənilən sorğunuzu bizə yonləndirə bilərsiniz

Ən çox verilən suallar

1

  • İlkin Muxtarov21.05.15

  • Əgər oğlan bakirə qızla yatsa, sonra almasa hansısa məsuliyyət daşıyırmı? Bəs qızın qohumları (qardaşı, atası, dayısı oğlu) qızı alması üçün onu hədələsələr hansısa məsuliyyət daşıyırlarmı? Xahiş edirəm, tez cavab verin, lazımdır. Minnətdaram.

arrw
arrw

2

  • sema 21.05.15

  • Salam. pensiyasi yuksek olan kisi rehmete gedenden sonra arvadi oz pensiyasindan imtina edib erinin pensiyasin ala biler? Bu zaman erin tam pensiyasin alir ya bir hissesin? Xahis edrem qanuna istinad eferek qmeslehet verin.

arrw
arrw

3

  • Rasim15.05.15

  • Mənə bir adam bəddua eləmişdi. Sonra onun elədiyi bəddua olduğu kimi başıma gəldi (((( Düşünürəm ki, bəlkə onun duası tutub məni? O adamı məhkəməyə verə bilərəm?

arrw
arrw

4

  • ira hesenova12.05.15

  • Salam. 3-cu qrup elil aliment odemelidirmi? Eliller aliment odeyir??

arrw
arrw

5

  • Qalib Muxtarov25.04.15

  • Salam! Sizdən məsləhət almaq istəyirəm. Kiçik bacım Muxtarova Kimyə hazırda 12 yaşındadır.18 mart 2003-cü il tarixdə anam 56 yaşında dünyasını dəyişib.Bundan sonra kiçik bacıma pensiya hesablanıb.Dövlətin etdiyi artımlar hesabına bacım son olaraq 161 manat pensiya alırdı. 27 iyun 2014-cü il tarixdə atam 70 yaşında dünyasını dəyişdi. Bundan sonra böyük qardaş olaraq İcra Hakimiyyətinin təsdiqlədiyi sənəd ilə bacımı qəyyumluğa götürmüşəm.Bacımın Vitiliqo (sağalmayan dəri ləkələri) xəstəliyi də var.Mən həm də ailəliyəm, 2 övladım var. Atamın 45 il iş təcrübəsi olub, bunun 14 ilini dövlət qulluğunda çalışıb.Bacıma atamın aldığı tam əmək haqqı ilə pensiya hesablanmasını Dövlət Sosial Müdafiə Fondundan xahiş edirəm. Fondun işçisi mənə bildirir ki, atam rəhmətə gedən tarixədək dövlət qulluqçusu işləyib, dövlət qulluqçusu kimi təqaüdə çıxa bilməyib, işləyərək yaşa görə 170 manat pensiya alıb.Ona görə də bacının aldığı 161 manat pensiyanın üzərinə atanın yaşa görə aldığı 170 manat pensiyanı əlavə edərək alınan rəqəmin 55 %-i miqdarında bacına pensiya kəsiləcək. Xəstəliyinin (dəri ləkələrinin artmaması) qarşısının alınması üçün bacımı tez-tez İran İslam Respublikasına aparıram, bu da maliyyə vəsaiti tələb edir Bacıma mərhum atamın aldığı tam əmək haqqı üzrə pensiyanın hesablanması nə dərəcədə Qanunvericiliyə uyğundur? Xahiş edirəm, bu məsələyə aydınlıq gətirəsiniz. Hörmətlə,

arrw
arrw

6

  • Kənan Qasımov13.04.15

  • Mənə haqsız cərimə yazan yol polisini məhkəməyə vermək üçün hansı sənədlər və nə qədər cərimə tələb olunur?

arrw
  • Hüquqşünas Araz Yusifov:

  • - Sürücünün cərimə edilməsi barədə yol polisinin qəbul etdiyi inzibati qərardan fiziki şəxsin yaşadığı yer üzrə rayon məhkəməsinə şikayət vermək lazımdır. Şikayət ərizəsinə protokolun və qərarın surəti əlavə olunmalıdır. Məhkəməyə müraciət üçün dövlət rüsumu tələb olunmur.

arrw

7

  • Elxan08.04.15

  • Salam. Növbəli iş usulu ilə işləyən işçini istirahət vaxtı işdən çıxma əmrini vermək olar mı? Yəni işçi ayın 1-dən 15-ə kimi işləyir və 15-dən 30-a kimi istirahətdə olur. işdə olduğu vaxtda bulleten götürdüyünə görə işdən çıxma əmri verə bilinmir. bəs istirahət vaxtı? Təşəkkürlər.

arrw
  • Hüquqşünas Nicat İsmixanov:

  • - İşçinin müvafiq aydada təsdiq edilmiş İş qrafiki üzrə istirahət günündə olması zamanı əmək müqaviləsinin xitam verilməsini məhdudlaşdıran norma movcud deyil. Yəni həmin günlərdə əmək müqaviləsinə xitam verilməsi mümkündür. Lakin əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulan qaydada və əsasda xitam verilməlidir.

arrw

8

  • Vüsal07.04.15

  • Salam. Müdddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əgər 331.3-cü maddə ilə cinayət məsuliyyətinə cəlb edilibsə, onun işlədiyi dövrə görə pensiya almaq hüququ varmı? Qeyd edim ki, şəxs azadlıqdan məhrum edilməmişdən əvvəl 3 il müdətində müddətdən artıq xidmət edib. Varsa, bu hansı qanunvericiliklə tənzimlənir?

arrw
  • Hüquqşünas

  • Məhərrəməli Həmidov: - 331.3. maddəsi Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi hallarını nəzərdə tutur. Hərbi xidmətdə döyüş vaxtları olubsa 3 ili 6 il sayılır. Hərbi xidmət dövrləri iş stajına daxil olur. Pensiya hüququ yarandığı təqdirdə alır. Amma sualda qeyd olunduğu kimi, 3 il staja görə pensiya hüququ yaranmır. Cəzaçəkmə müəsissələrində və həbsdə saxlanılma yerlərində məhkumlara əmək pensiyası məhkəmənin fərqli qərarı yoxdursa tam məbləğdə ödənilir.

arrw
img

Nəbatat Bağında böyüyən `Nazpəri` – VİDEOREPORTAJ

img

Sorğu

Harada istirahət edəcəksini?

Səs ver
Nəticəyə bax
img
img