Oğuzda ata intihar etdi: Qızı bacısının ərindən hamilə imiş?


12:52     31 Yanvar 2019 intihar5.jpg

Oğuz rayonunun Padar kənd sakini özünü asaraq intihar edib.


Femida.az xəbər verir ki, bu barədə kənd sakinləri Cebhe.info-ya məlumat verib. Bildirilib ki, ortayaşlı Rəhim adlı şəxsin intihar etməsinə səbəb 19 yaşlı qızının digər qızının həyat yoldaşından hamilə qalması olub.

Qeyd edilib ki, iki ay yarımlıq hamilə olan qız keçən il orta məktəbi bitirərək, universitetə daxil olub və hazırda tələbədir.

Həmçinin iddia edilib ki, qızın hamilə olduğunu bilən valideynləri onu evdən qovub və övladlıqdan çıxarıb. Bundan sonra atası özünü asaraq öldürüb.

Bildirək ki, faktla bağlı Padar kəndinin digər sakinləri ilə də əlaqə saxladıq. Onlar faktı təsdiqləyərək, hazırda mərhum üçün yas məclisi keçirildiyini bildirdilər.

Daha sonra məlumatı rəsmi olaraq dəqiqləşdirmək üçün Oğuz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bu barədə məlumatlı olmadıqları bildirildi.

Oğuz Rayon Prokurorluğunun böyük mütəxəssisi Elşən Kərimov isə saytımıza belə bir hadisənin baş vermədiyini dedi.

Açar sözlər:

Oxunub: 1697