Boyko Borisov Bakıya gələcək


15:14     04 Fevral 2019 2019/02/bolqar_ba_nazir_1549279071.jpg

Bolqarıstanın Baş naziri Boyko Borisov mart ayında Bakıya səfərə gələcək.


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bildiriblər ki, Baş nazir martın 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunda iştirak edəcək.

Qeyd edək ki, B.Borisov mərkəzin ötən il Nyu-Yorkda keçirilən toplantısında da iştirak edib. Nizami Gəncəvi Beynəlxlalq Mərkəzinin Bolqarıstanın siyasi elitasının bir sıra nüfuzlu nümayəndələri ilə yaxşı əlaqələri var. Bolqarıstanın üç sabiq prezidenti – Petar Stoyanov, Georgi Pırvanov və Roşen Pnevneliyev Mərkəzin üzvləridir.

Xatırladaq ki, VII Qlobal Bakı Forumunda dünyanın 70-dən çox ölkəsindən 450 qonağın iştirakı gözlənilir. Builki forumun mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. Tədbirə bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçılarının qatılması gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 402


Oxşar xəbərlər