Düşmənin Qarabağdakı canlı qəssabxanası - 49971 nömrəli hərbi hissə haqda ŞOK faktlar


12:42     08 Fevral 2019 2019/02/herbi_hisse_ogurluq_1549615419.jpg

İşğal altında olan Ağdərədə yerləşən, 1992-ci ilin sentyabr ayında formalaşdırılan beşinci müdafiə rayonu hərbi hissəsi Qarabağ döyüşlərində bir çox təxribatçı əməliyyatlarda iştirak edib və bu gün işğalçı Ermənistan ordusunun Qarabağdakı ən yaxşı hərbi hissələrindən biri hesab olunmaqla yanaşı, zorakılıq və cinayətkarlıqla bağlı xüsusi ad çıxarıb.


Femida.az xəbər verir ki, Ordu.az -ın araşdırmasına görə, Ermənistan ordusunda baş verən cinayətkarlıqları təhlil etdikdə bu hərbi hissədə də qeyri-sağlam mühitin hökm sürdüyünü nəzərdən qaçırmaq olmaz. Son ildə baş verən cinayət hadisələrindən, məhkəmə işlərindən, ictimaiyyətə məlum olan hadisələrdən ən azı 5 hal bu hərbi hissədə baş verib.

Baş verən hadisələr sonadək araşdırılmır, cinayətlər erməni cəmiyyəti üçün qaranlıq qalır. Bu hərbi hissədə baş verən ilk qalmaqallı hadisələrdən biri yanvar ayının 7-nə təsadüf edib. Hərbi hissənin müdafiə xəttindəki mövqelərindən birində müddətli xidmət hərbi qulluqçusu Geğarqunik vilayətinin Şorja kənd sakini Vaçe Çilinqaryan müəmmalı şəraitdə öldürülüb. İstintaq komitəsi həmin gün bildirib ki, hərbi qulluqçu rəqib tərəfindən açılan atəş nəticəsində həyatını itirib. Ona yardım etməyə gələn daha iki hərbi qulluqçu da açılan atəş nəticəsində yaralanıb.

Növbəti gün isə Ermənistan SQ Baş Qərargahın həmin dövrdə rəisi olan Movses Hakopyan ilkin istintaq orqanından qabaq jurnalistlərə bildirib ki, hərbi qulluqçu rəqib snayperinin açdığı atəş nəticəsində öldürülüb. O, Vaçe Çilingəryana kömək etməyə atılan zabitin “fədakarlığını” xüsusilə qeyd edib. Beləliklə, əsgərin ölümünün snayper atəşindən qaynaqlandığına dair qərar verilib, ancaq Çilingəryan arxa tərəfdən vurulub. Onun valideynləri rəsmi mövqeyə inanmayıb və erməni mövqelərinə ən azı basqın olunduğunu və bunun gizlədildiyini iddia ediblər. Nəticədə cəbhə xəttində baş verən hadisənin məqamları aydınlaşmamış qalıb, sentyabr ayında ölən Vaçe Çilingəryanın 2 illiyi münasibətilə isə Şorja kəndinin mərkəzində onun büstü (?) qoyulub.




Daha sonra dekabrın 12-də Ağdərənin beşinci hərbi hissəsinin müddətli xidmət hərbi qulluqçusu Arqişti Hakopyan qarın nahiyəsindən “Kalaşnikov” avtomatından açılan atəş nəticəsində daxili orqanları xəsarət alıb. Dekabrın 24-də bununla bağlı cinayəti işi qaldırılıb və hərbi qulluqçu hələ də reanimasiya bölməsindədir. Hüquq mühafizə orqanlarına Arqişti Hakopyanın əsgər yoldaşları tərəfindən verilən izahatda bildirilib ki, hərbi qulluqçu avtomatla şou göstərməyə çalışıb və nəticədə hadisə baş verib. Hərbi qulluqçunun polis atası erməni KİV-lərinə bildirib ki, “Muratsan” hərbi hospitalında hərbi qulluqçunun anasına hərbi hissədə problem olduğu və ona xidmət yoldaşının atəş açdığına dair etiraf edilib.


2017-ci il 4 noyabr tarixində hərbi hissənin anbarında mina partlayışı baş verərkən, öz bədəni ilə tank əleyhinə minanı örtən müddətli xidmət hərbi qulluqçusu snayper Hrant Manqasaryan ölüb. Komandanlığın cinayətkar səhlənkarlığı səbəbindən mina döyüş vəziyyətində anbara gətirilib və partlayış baş verib. Həmin hadisədə 1 hərbi qulluqçu ölüb, 2 hərbi qulluqçu yaralanıb. İlkin araşdırma iki ilədək davam edib və cinayət işi 10 gün əvvəl məhkəməyə daxil olub. Hərbi hissənin silahlandırma üzrə xidmət rəisi Armen Qriqoryan və anbar rəisi Gevorq Hyusnuntsun xidmətə səhlənkar münasibətlə yanaşdığı qeyd olunub. Hazırda, Hrant Manqasaryanın yeganə qohumu olan anasına Ermənistan Müdafiə Nazirliyi tərəfindən maddi ödəniş verilmir. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, onun ölümünün “sərhədlər”in müdafiəsi ilə bağlı heç bir əlaqəsi yoxdur.


Növbəti hadisə hərbi polisin qəbul bölüşdürmə məntəqəsində, millətcə yezidi olan Armavir vilayətinin Crarat kənd sakini Yurik Broyanla bağlıdır. Onun irsi olaraq, psixoloji problemləri var və bu səbəbdən də hətta məktəbə də getməyib. Avqust ayında Ağdərədəki beşinci hərbi hissəyə hərbi xidmətə çağırılıb, lakin pis səhhəti ilə bağlı təlimlər keçə bilməyib. Hərbi xidmətə yola düşdükdən iki həftə sonra “bad” (pis) ləqəbli kombat tərəfindən qəddarcasına döyülüb. Onun zərərçəkən statusu var.

Yanvar ayında Ermənistanın istintaq komitəsinin üçüncü qarnizon istintaq şöbəsi Ağdərədəki həmin hərbi hissənin müddətli xidmət hərbi qulluqçusu irəvanlı “K” adlı çağırışçıya seksual xarakterli hərəkətlər etmə faktına əsasən cinayət işi qaldırıb. O, anasına bildirib ki, hərbi hissənin zabiti onu döydükdən sonra təcavüz edib. Hərbi qulluqçuya qarşı zorakılıq onun hərbi xidmətə yollanmasından 10 gün sonra baş verib. Təqsirli bilinən tərəf bu informasiyanı inkar edir. Qısa araşdırmadan sonra “K” adlı hərbi qulluqçuya qarşı böhtan atdığına görə ittiham irəli sürülüb və o, 10 aydır ki, həbsdə kamera şəraitində saxlanılır.

Son zamanlar həmin hərbi hissədə “oğru aləmi”nin qanunlarının hökm sürdüyü qeyd edilir.




49971 hərbi hissənin sabiq komandiri polkovnik Samvel Qriqoryan. Hazırda yuxarı qərargah olan diviziyada xidmət etdiyi ehtimal olunur



49971 hərbi hissənin yeni komandiri, polkovnik Aşot Ağacanyan

Qeyd: İşğal edilmiş Qarabağın Ağdərə yaşayış məntəqəsində yerləşən 5-ci müdafiə rayonu olaraq adlandırılan hərbi hissənin nömrəsi 49971-dir. Bura erməni çağırışıçılar və hərbçiləri arasında “İnternat” kimi tanınır. Əhali isə bu hərbi hissəni ancaq kasıbların əsasən Ermənistandan gələn çağırışçıların cəmləşdirildiyi və canlı qəssabxana olduğunu bildirirlər.

5-ci müdafiə rayonu, dağatıcı alay, 49971 nömrəli hərbi hissə olaraq, 10-cu dağatıcı diviziyanın tərkibinə daxildir. Ehtimal edilir ki, hərbi hissə Ağdərəyə yaxın ərazilərdən – Madagiz yaşayış məntəqəsi hüdudlarınadək döyüş növbətçiliyinə cəlb olunur. Bura aprel döyüşlərində Azərbaycan ordusunun əsas hədəflərindən biri olub.

Açar sözlər:

Oxunub: 1705