Rusiyaya poçt bağlaması göndərənlərin nəzərinə – 30 faiz vergi qoyuldu
20:12 19 Fevral 2019
“Rusiya poçtu” dünyanın istənilən ölkəsindən Rusiya ərazisinə daxil olan beynəlxalq bağlamalara 30 faiz vergi qoyub.
Femida.az "Azərpoçt" MMC-yə istinadən məlumat verir ki, bu verginin ödənişi poçt göndərişi gömrüyə daxil olanda həyata keçiriləcək.
Federal gömrük xidməti 500 avrodan çox dəyəri olan gömrüyə daxil olan göndərişlərin 1/3-i məbləğində dövlət rüsumu ödənilmədiyi təqdirdə onların buraxılmasına icazə verməyəcək.
Əgər Rusiya sakini müəyyən vaxt müddətində dövlət rüsumunu hər hansı səbəblərə görə ödəməzsə, gömrük bağlamanı onu göndərən ölkəyə geri qaytaracaq.
Bundan başqa, maksimum çəkiyə görə məhdudiyyət artıq dəyişdirilib, yəni 31 kq limit qoyulub. Bu limit keçildiyi təqdirdə, hər bir əlavə 1 kq üçün 4 avro ödənilməlidir. Beləliklə, başqa ölkələrdən hər hansı artıq çəkili əşyanın alınıb Rusiyaya çatdırılması əsla sərfəli deyil.
Femida.az
Oxunub: 562
Oxşar xəbərlər
- Rusiyaya 101 nəfəri saxta COVID-19 pasportu ilə aparmaq istəyən şəxsə cinayət işi açılıb
- Rusiyaya gedənlərin NƏZƏRİNƏ: Barmaq izi və tatu məcburiyyəti gəlir
- Rusiyaya gedən azərbaycanlı miqrantların nəzərinə: Yeni arayış təqdim etməlidirlər
- Rusiyaya getmək istəyənlərin NƏZƏRİNƏ: QANUNLAR DƏYİŞİR - VİDEO
- Rusiyaya pomidor ixrac edəcək müəssisələrin adı açıqlandı - SİYAHI
- Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
- Rusiyaya alma ixracı ilə bağlı məhdudiyyət ləğv edildi
- Rusiyaya qanunsuz mal aparan azərbaycanlı saxlanıldı
- Rusiyaya uçuşların dayandırılması 25 mln. dollar zərər vurdu
- Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı