Magistratura imtahanının nəticələri AÇIQLANDI
16:17 26 Fevral 2019
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 24-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.
Mərkəzdən Femida.az-a verilən məlumata görə, imtahan nəticələri saat 15:56-dan etibarən DİM-in saytında yerləşdirilib.
Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 12 684 bakalavrdan 138 nəfəri imtahana gəlməyib. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 97 bal olub.
Qeyd edək ki, müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın II mərhələsinə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına) buraxılırlar. Bu bakalavrlar aprelin 26-dan mayın 7-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Magistraturaya qəbul imtahanının II mərhələsi mayın 26-da keçiriləcək.
Femida.az
Oxunub: 966
Oxşar xəbərlər
- Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadılıb
- Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
- Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı
- Magistraturaya qəbul olanların nəzərinə
- Magistraturanın boş qalan yerlərinə qəbul elan edilib
- Magistraturaya qəbul nəticələri AÇIQLANDI
- Məleykə Abbaszadədən magistiratura imtahanı ilə bağlı AÇIQLAMA
- Bu gün magistiraturaya qəbul imtahanı keçiriləcək
- Magistiratura imtahanının birincisi: Bu, mənə ad günü hədiyyəsi oldu
- Magistraturaya qəbul imtahanının birinci mərhələsinin NƏTİCƏLƏRİ AÇIQLANDI