Məmmədyarov belçikalı nazirə Xocalıdan danışıb


22:19     26 Fevral 2019 2019/02/mamma-155120454022-19-10-_1551205192.jpg

Cenevrəyə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri Didye Reynders ilə görüşüb.

XİN-dən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Belçika arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyəti haqda fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin cari vəziyyəti haqqında həmsöhbətinə məlumat verdi və bu gün 27-ci ildönümü anılan, Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımından bəhs etdi.

Daha sonra tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.

Açar sözlər:

Oxunub: 451