"Bakı Metropoliteni" QSC-nin yaradılmasından 5 il ötür


14:40     27 Fevral 2019 baki-metropoliten-liderxeber.jpg

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasından 5 il ötür.

2014-cü il fevralın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakı metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus qurumun yaradılıb.

"Bakı Metropoliteni" QSC-nin rəhbərliyi qarşısında qoyulan başlıca məsələ paytaxtın yeraltı nəqliyatının inkişafına xüsusi təkan verən layihələri daha səmərəli və yeni dövrün tələblərinə uyğun şəkildə həyata keçirmək və bu məqsədlə və dünya təcrübəsinin ən faydalı nümunələrini tətbiq etmək idi.

Ötən beşillik dövrün ən əhəmiyyətli yeniliyi Bənövşəyi xəttin ilk iki - "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarının istismara verilməsi oldu. Gələcəkdə bu xətt qatarların radiodalğalarla (CBTC) və bütün infrasturkturun SCADA sistemləri idarə olunması üzərində qurulacaq. Bu istiqamətdə ən əhəmiyyətli tədbirlər davamlı olaraq aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 543