Müğənni Bakıda qəza törətdi - Maşını atıb hadisə yerindən qaçdı


12:00     28 Fevral 2019 19_02_28_1551340855.jpg


Azərbaycanın məşhur müğənnisi, Faytonçu Nazim Pişyari qəza törədib.


Bu barədə “Qafqazinfo” məlumat yayıb.

Hadisə fevralın 12-də Bakının Ə.Salamzadə küçəsində baş verib.

Sənətçi idarə etdiyi “10 NF 022” dövlət nişanlı “Toyota” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək “Hyundai”a çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, “Hyundai”a ciddi ziyan dəyib.

Zəncirvari qəzaya səbəb olan N.Pişyari dərhal hadisə yerini tərk edib. Bundan sonra qəza haqqında protokol tərtib olunub.



Femida.az

Açar sözlər:

Oxunub: 611