Azay Quliyev prezidentə təşəkkür etdi


21:45     28 Fevral 2019 azay_guliyev_021214_13.jpg

Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Prezident İlham Əliyevə təşəkkür edib.

Femida.az xəbər verir ki, deputat bu barədə "Twitter" hesabında yazıb:

“Problemli kreditlərlə bağlı dövlət başçısı qərar verdi. Vətəndaşların banklara 10 min ABŞ dollarınadək olan kredit borclarının devalvasiya ilə əlaqədar manatla artmış hissəsini müvafiq qaydada dövlət ödəyəcək. Bu tarixi və humanist qərara görə cənab Prezidentə təşəkkür edirəm”.

Femida.az

Açar sözlər:

Oxunub: 612